Rusiyada mütəşəkkil cinayətkarlığa qarşı mübarizə aparan sahə müstəntiqləri iki cinayətkarı saxlayıblar.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, saxlanılanlardan biri Ussuriyskdə yaşayan Azərbaycan vətəndaşı olub.

Belə ki, azərbaycanlı Dalneqorskdan olan yerli sakinlə əlbir olaraq 25 yaşlı Vladivostok sakininə bıçaqla hücum edib.

Cinayətkarlar onu hədələyərək, "Toyota Town Ace" markalı mikroavtobusunu və digər şəxsi əşyalarını ələ keçiriblər.

Bundan əlavə, soyğunçular qurbanlarından iki milyon rubl pul alıblar. Vladivostok sakini cinayətkarların hücumu barədə polisə məlumat verib.

Polis keçirdiyi əməliyyat nəticəsində hər iki iki cinayətkarı saxlayıb.

Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı