Türkiyənin Antalya şəhərində soyadı öyrənilməyən və rənsazlıqla məşğul olan Şirin adlı Azərbaycan vətəndaşı evində ölü tapılıb.

Open.az "Sözcü"yə istinadən xəbər verir ki, hadisə ötən gün saat 16:00 radələrində Muratpaşa rayonun Şarampol prospektində meydana gəlib.

Şirin adlı azərbaycanlının bir həftədir ortalıqda görünmədiyini fərq edən bina sakinləri, mənzildən pis qoxu gəlməsindən sonra polisə xəbər verib.

Evə gedən polislər ağır çəkiclə dəmir qapını sındıraraq, mənzilə daxil olub və həmyerlimizin qanlar içərisində meyiti ilə qarşılaşıb.

Cəsəd Antalya Adlı Tibb Müəssisəsinə aparılıb.

Tək otaqlı evdə yıxılaraq başını beton zəminə vurduğu deyilən azərbaycanlının 1 ildir kirayəsini ödəyə bilmədiyi, son 4 aydır da xəstə olduğu bildirilib.

Gülnar Qafarlı