Türkiyənin Nevşehir şəhərinin Avanos rayonunda polis dəstələri tərəfindən fahişəliklə məşğul olan Azərbaycan vətəndaşları saxlanılıb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, polislər keçirdikləri əməliyyat nəticəsində şübhələndikləri xarici nömrəli maşını dayandırıb.

Yoxlamalardan sonra avtomobildə olan azərbaycanlı qadınlar G.İ və S.D sürücü ilə pul qarşılığında cinsi əlaqəyə girmək üçün razılaşdıqlarını etiraf ediblər.

Saxlanılan qadınların deportasiya ediləcəyi bildirilib.

Gülnar Qafarlı