Türkiyənin Burdur bölgəsinin Karamanlı rayonunda azərbaycanlı sevgilisi Qənirə Cabbarovanı taksidə 55 yerindən bıçaqlayaraq öldürən Halil Acar hakim qarşısına çıxıb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, o, məhkəmədə törətdiyi cinayəti etiraf edib.

Acara qarşı "xüsusi amansızlıqla qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanılıb.

O, sevgilisini qısqanclıq nəticəsində öldürdüyünü bildirib: "Qənirə gecə klublarınən birində fahişəliklə məşğul olurdu. Onunla tanış olduq və bir müddətdən sonra sevgili olmağa başladıq. Qənirəyə həm maddi, həm də mənəvi dəstək olurdum. Ona aşiq idim. Hadisə günü işlədiyi yerə getdim. Spirtli içki qəbul etdik. Keçmiş müştərilərindən söhbət düşəndə mübahisəmiz oldu. Anası bizi barışdırdı, daha sonra içkiyə davam etdik. Ona yaşadığım kəndə getməyi təklif etdim. Əvvəlcə qəbul etmədi. Taksidə olan zaman müştərilərindən biri ona zəng edib, hoteldə gözlədiyini dedi. Bu zaman dalaşdıq, bir-birimizi söydük və təhqir etdik. Özümü itirdim və onu bıçaqlamağa başladım”.

Hadisədən sonra Acar polisə gedərək, təslim olub.

Gülnar Qafarlı