Türkiyənin Sabiha Gökçen Hava Limanında taksiyə minən azərbaycanlı turist maşında təxminən 10 min TL dəyərində telefon ilə 1000 dollar unudub.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, sürücü Azərbaycan vətəndaşı olan qadını hoteldə düşürüb, qayıdarkən taksidə bahalı telefon və içərisində 1000 dollar olan pul kisəsinin qaldığını görüb.

O, pul ilə telefonu sahibinə təslim etmək üçün 40 kilometr gəldiyi yolla geri qayıdıb.

Geri qayıdan sürücü telefonu və min dolları azərbaycanlı qadına təslim edib.

Gülnar Qafarlı

Azərbaycanlı qadın taksidə bahalı telefon və 1000 dollar unutdu - TÜRKİYƏDƏ