Şimali Kiprdə Azərbaycan vətəndaşı Səbinə Qasımova sevgilisi tərəfindən soyulub.

Open.az xəbər verir ki, hadisə sentyabrın 10-u Qazimağusa şəhərində baş verib.

Həmyerlimiz polisə şikayətində bildirib ki, iqamətgahının giriş qapısı açılıb və qızıl-zinət əşyaları oğurlanıb.

Hadisəni törədən şəxsin qızın 25 yaşlı azərbaycanlı sevgilisi Ərman Şah olduğu müəyyən olunub və o, saxlanılıb.

Onun barəsində 2 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Gülnar Qafarlı