Moskvanın şimal-şərqində iki Afrika vətəndaşına hücum edən şəxs saxlanılıb.

Open.az xəbər verir ki, bu barədə "Moskva" agentliyinə hüquq-mühafizə orqanları məlumat verib.

Hadisə ötən gün gecə saatlarında baş verib. Belə ki, sevgilisi ilə gecə klubundan qayıdan 22 yaşlı Afrika vətəndaşına naməlum şəxs bıçaqla hücum edib.

Qara gödəkçədə olan təcavüzkarı görən cütlük qaçmağa başlayıb. Lakin o, qadına xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşları qısa müddətdə təcavüzkarı saxlayıb. Onun 32 yaşlı Azərbaycan vətəndaşı olduğu ortaya çıxıb.

Hadisənin səbəbləri araşdırılır. Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı