Məşhur "Forbes" jurnalı Rusiya milyarderlərinin ən zəngin varislərinin illik reytinqini dərc edib.

Open.az Qazeta.ru"ya istinadən xəbər verir ki, Rusiyanın ən zəngin sahibkarlarının varislərinin reytinqinə 20 ailə daxil olub.

Siyahıda milyarderlərin 48 uşağı yer alıb. Bu uşaqların ümumi sərvəti 238 milyard dollar qiymətləndirilir.

Varislərə azı 2,3 milyar dollar düşüb.

Dördüncü ildir ki, reytinqin ilk pilləsində "LUKoyl"un prezidenti Vahid Ələkbərovun yeganə oğlu Yusif Ələkbərov qərarlaşıb.

Gülnar Qafarlı