Türkiyədə, İstanbulun Beşiktaş rayonunda qaldığı oteldə azərbaycanlı 40 yaşlı iş adamı Nihad Əliyev tapança ilə baş nahiyəsinə atəş açaraq intihara cəhd edib.

Open.az xəbər verir ki, özəl xəstəxanaya yerləşdirilən iş adamının həyatı ağır olaraq qalır.

Hadisə zamanı Əliyevin yanında olan 3 qadın polis şöbəsinə aparılıb və ifadələri alınıb. Qadınlar N.Əliyevlə oteldə tanış olduqlarını bildiriblər.

Məlumata görə, iş adamı oteldə 6 dostu ilə birlikdə qalırmış.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmaya başlayıblar.

https://www.google.com/amp/s/m.sabah.com.tr/yasam/2021/03/25/besiktasta-azeri-is-insani-eglence-sirasinda-intihar-etti/amp

Azərbaycanlı iş adamı özünü güllələdi -  FOTOLAR
Azərbaycanlı iş adamı özünü güllələdi -  FOTOLAR
Azərbaycanlı iş adamı özünü güllələdi -  FOTOLAR

Bakupost