Azərbaycan vətəndaşı Türkiyənin Sakarya şəhərinin Sapanca rayonunda saxta olduğu iddia edilən içkidən sonra halı pisləşib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən həmyerlimiz orada dünyasını dəyişib.

Məlumata görə, ötən gecə dostları ilə birlikdə içki içən azərbaycanlı Əbülfəz İsmayılovun halı pisləşib. Dostları onu xəstəxanaya aparsa da həmyerlimizin həyatını xilas etmək mümkün olmayıb.

Alkoqol zəhərlənməsi səbəbiylə öldüyü iddia edilən İsmayilovun bədəni meyitin yarılması üçün meyitxanaya aparılıb.

Faktla bağlı araşdırma başladılıb.

Gülnar Qafarlı

Azərbaycanlı içkidən zəhərlənərək öldü - TÜRKİYƏDƏ