Rusiyanın Sankt-Peterbuq şəhərində polis toy karvanında avtomobilinin lyukundan havaya atəş açan Azərbaycan vətəndaşı barəsində cinayət işi açıb.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə avqustun 11-də baş verib. Toy korteji Kolpinsky şossesi boyunca Slavyanka kəndindən Puşkinə doğru hərəkət edib.

34 yaşlı azərbaycanlı "Range Rover" markalı avtomobilinin lyukundan çıxaraq odlu silahdan havaya atəş açmağa başlayıb.

Avtomobil polislər tərəfindən saxlanılıb və həmyerlimiz polis bölməsinə aparılıb. Ondan sənədləri olan "Grand Power" tapançası götürülüb.

Faktla bağlı zorakılığa qarşı cinayət işi açılıb və o, girov müqabilində sərbəst buraxılıb.

Gülnar Qafarlı