Rusiya Federasiyasının İnquşetiya Respublikasının Nazran şəhərindəki mağazaların birində Azərbaycan vətəndaşı özünü asıb.

Open.az xəbər verir ki, mağazaya gələn şəxslər asılmış vəziyyətdə olan qızın meyitini aşkar ediblər.

Sakinlərin sözlərinə görə, cəsəd üç gün asılı vəziyyətdə qalıb.

Qızın ölümündə kriminal izlərin olub-olmaması barədə araşdırma başladılıb.

Gülnar Qafarlı