Antalyanın Alanya bölgəsində yaşayan Azərbaycan vətəndaşı Ramil Zeynalov dənizdə boğulub.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı azərbaycanlı bayramın ilk günündə dostları ilə dənizə gedib.

Lakin o, dənizdə çimmərkən boğulub. Gəncə ilk tibbi müdaxilə edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb,

Həmyerlimizin cansız bədəni yarılma üçün Antalya Ədli Tibb İnstitutuna göndərilib.

Gülnar Qafarlı

Azərbaycanlı gənc Alanyada dənizdə boğuldu