11 il öncə həyatını itirən məşhur türk rejissor Osman Yağmurderelinin həyat yoldaşı Esin Yağmurderelinin başına iş gəlib.

Open.az xəbər verir ki, rejissorun xanımı işədüzəltmə agentliyinin vasitəsilə Azərbaycan vətəndaşı olan dayə tutub.

Azərbaycanlı Yağmurderelinin çayına dərman tökərək, onu yatızdırıb. O, evdəki qızıl-zinət əşyaları ilə Osman Yağmurderelinin əşyalarını götürüb və qaçıb.

Rejissorun xanımı həmyerlimizin Azərbaycana qayıtdığını bildirib. Yağmurdereli Azərbaycan hakimiyyətinə müraciət ünvanlayıb.

"Mən bu insanı Allaha həvalə edirəm. Şübhəsiz ki, bu dünyada cəzasını çəkəcək. O, Azərbaycana getdi. Mən Azərbaycanda ən tanınmış insanlarla əlaqə saxladım. Orada lazımi cəzasını çəkməsi üçün çalışıram", - deyə mərhum rejissorun xanımı bildirib.

Gülnar Qafarlı

Azərbaycanlı dayə türk rejissorun evindən oğurluq edib - Çayına dərman töküb...