Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan vətəndaşı iki körpənin qaçırılmasında şübhəli bilinir.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, ötən gün 27 yaşlı yerli sakin polisə şikayət edərək, 2015-ci il və 2017-ci il təvəllüdlü övladlarının keçmiş əri tərəfindən oğurlandığını bildirib.

Bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.

Qadının sözlərinə görə, həmyerlimiz naməlum istiqamətdə gizlənib.

Cütlüyün 2019-cu ilin əvvəlində rəsmi olaraq boşandıqları aydınlaşdırılıb. Məhkəmə atanın hər ayın bazar günləri uşaqlarla görüşə biləcəyinə qərar verib. Ata bu qaydanı pozub və qızları oğurlamağa qərar verib.

Onların axtarışı davam etdirilir.

Gülnar Qafarlı