Rusiyanın Arzamas şəhərində qadını zorlayan 27 yaşlı Azərbaycan vətəndaşı 7 il həbs cəzasına məhkum edilib.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə ötən il sentyabrın 9-u axşam saatlarında baş verib.

Belə ki, sərxoş azərbaycanlı kafedən çıxan 31 yaşlı qadını görüb və onu zorlamağa qərar verib.

Təcavüzkar ona müqavimət göstərən qadının üzünə yumruq vuraraq onu yaxınlıqdakı bağa aparıb. Orada qadını öldürməklə hədələyib və təcavüz edib.

Zərərçəkmiş hadisə barədə hüquq-mühafizə orqanlarına şikayət edib. Qısa müddət sonra azərbaycanlı saxlanılıb.

İstintaqın ilkin gedişatında o, ifadə verməkdən imtina edib.

Gülnar Qafarlı