Azərbaycandan Moskvaya gedən mikroavtobus Qafqaz magistralında qəzaya uğrayıb.

Open.az "REN TV"yə istinadən xəbər verir ki, qəza nəticəsində 6 nəfər həlak olub, 5 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə səhər saatlarında 05:30-da Nevinnomıssk rayonunda baş verib.

Qəzaya Azərbaycandan Moskvaya sərnişin daşıyan "Mercedes" markalı minivenin qarşı yola çıxan "ZİL" markalı yük avtomobili ilə toqquşması səbəb olub.

Hadisənin səbəbləri araşdırılır.

Gülnar Qafarlı