Türkiyədə azərbaycanlıların olduğu avtomobil qəzaya düşüb.

Open.az xəbər verir ki, bu barədə Sabah.com məlumat yayıb.

Hadisə İstanbulun Maltəpə rayonunda 06:00-da baş verib.

Sürücü M.Ç. və Azərbaycan vətəndaşları - H.M., S.M., A.T.-nin olduğu yük maşını eyni istiqamətdə hərəkətdə olan mikroavtobusla toqquşub.

Nəticədə yük maşınında olan iki azərbaycanlı və mikroavtobusun sürücüsü xəsarət alıb. Yaralılar Fatih Sultan Mehmet Xəstəxanasına aparılıblar.