Azərbaycan vətəndaşları Ukraynanın paytaxtı Kiyev şəhərində Böyük Britaniyanın vətəndaşını soyublar.

Open.az rus mətbuatına istinadən xəbər verri ki, bu haqda "Unn.com.ua" saytına qanun qoruyucuları məlumat veriblər

Hadisə gecə saatlarında Bolşaya Jıtomirski küçəsində baş verib.

Dörd kişi Böyük Britaniya vətəndaşını mühasirəyə alıb və onun qolundakı "Rolex" brendinin saatını oğurlayıblar. Daha sonra onlar hadisə yerindən qaçıblar.

Zərərçəkmiş polisə müraciət edib. Tezliklə cinayətin törədilməsində şübhəli bilinən Azərbaycanın dörd vətəndaşları saxlanılıb.

Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı