Dekabrın 16-da Rusiyanın Sankt-Peterburq şəhərindəki xəstəxanaya sirkə turşusu içən Azərbaycan vətəndaşı yerləşdirilib.

Open.az xəbər verir ki, bu barədə Rusiyanın hüquq-mühafizə orqanları məlumat yayıb.

35 yaşlı azərbaycanlı qadına zəhərlənmə və qida borusunun yanığı diaqnozu qoyulub.

Onun xəstəxanaya yerləşdirlməmişdən bir saat öncə sirkə turşusu içdiyi ortaya çıxıb.

Həkimlər qadının vəziyyətini orta-ağır kimi qiymətləndirib.

Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı