Rusiya gömrükçüləri Bakıdan Surqut şəhərinə beynəlxalq aviareys ilə gedən Azərbaycan vətəndaşını saxlayıblar.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, gömrük nəzarəti zamanı azərbaycanlının qanunsuz keçirməyə cəhd etdiyi ümumi çəkisi 38 kiloqram olan 48 toy libası aşkar edilib.

Bu barədə Xantı-Mansiysk gömrüyünün mətbuat xidməti məlumat yayıb.

Geyimlər müsadirə edilib və faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı