Türkiyənin Diyarbakır şəhərinin Bismil rayonunda Azərbaycan nömrəli avtomobil yolun kənarında dayanan yük maşınına çırpılıb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər yaralanıb.

Məlumata görə, Bismil istiqamətinə doğru hərəkət edən 90-KF-424 nömrəli avtomobil, eyni istiqamətdə yol işləri ilə mə.ğul olan 21 GH 122 nömrəli yük maşınına arxadan çırpılaraq, aşıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Qəza ilə əlaqədar istintaq başladılıb.

Gülnar Qafarlı

Azərbaycan nömrəli maşın Diyarbakırda qəza törətdi: 5 yaralı - FOTO

Azərbaycan nömrəli maşın Diyarbakırda qəza törətdi: 5 yaralı - FOTO