Rusiyada 18 yaşlı azərbaycanlıya qarşı cinayət işi dayandırılıb.
Open.az xarici mediaya istinadən xəbər verir ki, o, 15 yaşlı Rusiya vətəndaşı Cerjinsk rayon sakini olan qızı zorlamaqda ittiham edilirdi. Zorlanmadan sonra azyaşlı həkimə müraciət edib və hamilə olduğunu öyrənib. Bundan sonra həkimlər hadisə ilə əlaqədar polisə müraciət edib.

İttiham edilən şəxs məhkəmədə hadisənin sevgi üzündən baş verdiyini və qızla evlənmək istədiyini deyib.

Verilən məlumata görə, hazırda cütlük ailəlidir və övladları dünyaya gəlib.