Rusiyanın Samara şəhərində kişi öz həyat yoldaşının azərbaycanlı məşuqunu diri-diri yandırıb.

Open.az xəbər verir ki, bu haqda "Poxvistnevo-İnform" agentliyi məlumat yayıb.

Hadisə iyunun 9-da Poxvistnevo-Alt Averkino yolunda baş verib. Yanğınsöndürənlər "Qazel"i söndürüblər və məlum olub ki, maşının içərisində adam diri-diri yanıb.

Bildirilib ki, yanan şəxs Azərbaycan vətəndaşı, Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Əhmədov Elmir Cəfər oğlu olub.

Qonşuların sözlərinə görə, E.Əhmədov evli xanımla görüşürmüş. Qadının əri bundan xəbər tutub və azərbaycanlını qətlə yetirib, daha sonra yandırıb.

Qadının taleyi ilə bağlı heç bir məlumat verilməyib.

Faktla bağlı araşdırma başladılıb.

Gülnar Qafarlı

Arvadıyla görüşən azərbaycanlını diri-diri yandırdı