“Crocus Group”un prezidenti Araz Ağalarovun qardaşı qızı, iş xanımı Səbinə Ağalarovanın Rusiyanın paytaxtı Moskva şəhərindəki evi qarət olunub.

Open.az "REN TV"yə istinadən xəbər verir ki, Ağalarova polisə müraciət edərək, Lenin prospektindəki mənzilindən böyük məbləğdə pul oğurlandığını bildirib.

Avqustun 9-da evini tərk edən iş xanımı 10 gün sonra geri qayıdıb. O, seyfini yoxlayan zaman 25 mindən çox dolların, eyni zamanda evdən 2 kürkün oğurlandığını aşkar edib.

Oğrular Ağalarovanın bahalı ləl-cəvahiratlarına toxunmayıb. Səbinə Ağalarova oğurluqda öz əməkdaşlarımndan və mühafizəçisindən şübhələnir.

Gülnar Qafarlı