Türkiyənin Antalya şəhərinin Manavgat rayonunda azərbaycanlı turistləri daşıyan mikroavtobus aşıb.

Open.az "Haber 7"yə istinadən xəbər verir ki, mikroavtobusun portağal bağına aşması nəticəsində 5 həmyerlimiz yaralanıb.

Hadisə sürücünün sürüşkən yolda idarəetməni itirməsi nəticəsində meydana gəlib.

Təxminən 2 metr hündürlükdən bağa aşan avtobusda turistlər Elşən Məmmədov, Şəfəq Məmmədova, Nur Məmmədova, Ceyran Məmmədova və Əsma Məmmədova xəsarət alıb. Onlar təcili yardım maşını ilə xəstəxanaya yerləşdirilib.

Həkimlər həmyerlilərimizin vəziyyətinin yaxşı olduğunu bildirib.

Gülnar Qafarlı