Türkiyənin Antalya şəhərində azərbaycanlı qadın intihara cəhd edib.

Open.az "Haberler"ə istinadən xəbər verir ki, hadisə ötən gün səhər saatlarında Antalyanın Manavqat rayonunda baş verib.

Məlumata görə, yerli vaxtla saat 05:00 radələrində Kordon Küçəsində Anfi Teatra gələn və içkili olduğu iddia edilən Azərbaycan vətəndaşı 31 yaşlı Könül Nəcəfova özünü Manavgat çayına atıb.

Həmyerlimizi hadisəni görən və heç düşünmədən çaya tullanan bir gənc xilas edib.

Sudan çıxarılan qadına ilk tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdirilib. Digər tərəfdən, qadını xilas edən gənc isə hadisə yerindən qaçıb.

Gülnar Qafarlı

Antalyada azərbaycanlı qadın özünü çaya atdı - VİDEO