Ankara Böyükşəhər Bələdiyyəsi Məclisinin qərarı ilə paytaxtın Keçiörən rayonunun Çaldıran məhəlləsindəki prospektə Azərbaycan adı verilib.

Open.az xəbər verir ki, bu addım Türkiyə-Azərbaycan Dərnəyinin (TÜRKAZDER) təşəbbüsü, Milliyyətçi Hərəkat Partiyasından Ankara Böyükşəhər və Keçiörən Bələdiyyələrinin Məclis üzvü Alparslan Doğanın təklifi ilə gerçəkləşdirilib.

Bələdiyyələrə rəsmi müraciətdə bildirilib ki, məqsəd – Qarabağda böyük Zəfər əldə edən qardaş Azərbaycanın adının paytaxt Ankarada əbədiləşdirilməsidir. Şəhər sakinləri Azərbaycan türklərinin kompakt yaşadığı Keçiörən rayonunun Çaldıran məhəlləsindəki prospektin Azərbaycanın şərəfinə adlandırılmasını alqışlayıblar.

Qeyd edək ki, indiyə qədər Ankarada bir sıra küçələrə Qarabağ, Naxçıvan, Qaraqoyunlu, Ağqoyunlu, prospektlərdən birinə isə Xocalı adları verilib.