Türkiyənin paytaxtı Ankara şəhərinin Nallıhan rayonunda fahişəliklə mübarizə çərçivəsində əməliyyat keçirilib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, əməliyyat nəticəsində 10 nəfər saxlanılıb.

Onlardan 4-ü Azərbaycan vətəndaşı olub. Qadınlar ifadələri alınmaq üçün polis bölməsinə aparılıb.

Şübhəlilər polisdəki ifadələrindən sonra ədliyyəyə sövq edilib. Saxlanılanlardan 6-sı həbs edilib, 4-ü sərbəst buraxılıb.

Məlumat xarakterli ifadələri alınmaq üçün polisə aparılan azərbaycanlı 4 qadının əməliyyatlarının davam etdiyi öyrənilib.

Gülnar Qafarlı