Almaniyanın Deggendorf şəhərində qaçqınlar düşərgəsində yaşayan Məmmədova Humay 2 gün əvvəl deport olunduğu üçün özünə qəsd edib.

Open.az xəbər verir ki, bu barədə dünyanı gəzərək Azərbaycan musiqilərini ifa edən nişanlı cütlükdən Rizvan Əliyev məlumat verib.

İfaçının məlumatına görə, qadın bu gün xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, mərhumun 9 yaşlı bir qız övladı var.

Gülnar Qafarlı

Almaniyadan deport edilən azərbaycanlı özünə qəsd etdi