Almaniyanın Qüterslo şəhərində velosipedlərin oğurluğunda ittiham edilən 25 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.

Open.az "Radio Gutersloh"a istinadən xəbər verir ki, azərbaycanlı 2017-ci ildə Reda-Videnbryuk və Qüterslo məktəblərində velosipedlər oğurlamağa başlanıb.

Daha sonra onları onlayn alış-veriş saytlarında satışa çıxarıb. Polisin araşdırması nəticəsində velosipedləri oğurlayan şəxsin kimliyi ortaya çıxıb.

İşi araşdıran Bilefeld şəhərinin prokurorluğu aydınlaşdırıb ki, velosipedləri Qüterslo şəhərində yaşayan 25 yaşlı azərbaycanlı həyata keçirib.

Dekabrın sonunda Azərbaycan vətəndaşı saxlanılıb. Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı