Xəbər verdiyimiz kimi, ötən gün ABŞ-ın Şimali Karolina ştatının Şarlotta şəhərində güllələnərək öldürülən Azərbaycan vətəndaşı Elçin Xəlilovun nəşinin vətənə göndərilməsi üçün yardım aksiyası başladılıb.

Open.az xəbər verir ki, ABŞ-ın "gofundme.com" kraudfandinq platformasında bir sutka ərzində 34 min dollardan çox vəsait toplanılıb.

Qeyd edək ki, mərhumun cəsədinin Azərbaycana göndərilməsi üçün 30 min dollar lazım idi.

Xatırladaq ki, 29 yaşlı Elçin Xəlilov ötən gün mobil telefonların təmiri mağazasında güllələnərək öldürülüb.

Gülnar Qafarlı

ABŞ-da qətlə yetirilən azərbaycanlının vətənə göndərilməsi üçün vəsait yığıldı