ABŞ-da dünyasını dəyişən azərbaycanlı gəncin ölümü ilə bağlı ilkin təfərrüatlar məlum olub.

Azərbaycanın Amerikadakı Səfirliyindən Open.az-a verilən məlumata görə, 1986-cı il təvəllüdlü Hüseynov Seymur Ayaz oğlu, yükdaşıma şirkətində çalışırmış.

Qeyd olunub ki, Seymur məhz yük avtomobilinin arxa kabinasında yatdığı zaman avtomobildən çıxan işlənmiş qazdan boğulub:

"Çox böyük təəssüf hissi ilə qeyd etmək istərdik ki, cari ilin 22 aprel tarixində Səfirliyə ABŞ-ın Şimali Karolina ştatının Vilminqton şəhərində 25.02.1986-cı il təvəllüdlü Azərbaycan vətəndaşı Hüseynov Samir Ayaz oğlunun vəfat etməsi barədə məlumat daxil olub. Hazırda ABŞ-ın Şimali Karolina ştatı Vilminqton şəhərinin Nyu Hanover rayonunun polis departamenti tərəfindən istintaq əməliyyatları aparılır. Yerli hüquq mühafizə orqanları tərəfindən verilən ilkin məlumata əsasən, hadisə avtomobildən çıxan işlənmiş qazların avtomobilin kabinasına sızması nəticəsində baş verib. Qeyd etmək istərdik ki, mərhum ABŞ-da daxili yükdaşımalarla məşğul olub və hadisə yük avtomobilinin arxa kabinasında yatdığı zaman baş verib".

Əlavə olunub ki, hazırda Səfirlik tərəfindən mərhumun cənazəsinin mümkün qədər qısa müddətdə Vətənə göndərilməsi istiqamətində iş aparılır.

Səfirlik mərhumun qohumlarına və yaxınlarına dərin hüznlə baş sağlığı verib.