ABŞ-ın Pensilvaniya ştatının Vayomissinq şəhərində naməlum şəxslər tərəfindən qətlə yetirilən Azərbaycan vətəndaşı Nail Salamovun iki azyaşlı uşağı üçün yardım kampaniyası başlanıb.

Open.az xəbər verir ki, Amerikada yaşayan bir qrup azərbaycanlı həmyerlilərinə müraciət edərək, Nailin övladları üçün vəsait toplamaq istədiklərini bildirib.

Vəsaitin Nailin atası İlham Salamov tərəfindən uşaqların yetkinlik yaşına çatana qədər idarə olunacağı qeyd edilib.

Kampaniyanın başladılmasından sonra 10 saat ərzində 12 min dollara yaxın vəsait toplanılıb.

Qeyd edək ki, N.Salamov 1982-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1997-1998-ci illərdə ABŞ-a köçüb. Pensilvaniya ştatında banklardan birində çalışıb. Aydın və Yaqub adında iki uşağı var.

Xatırladaq ki, ötən gün 37 yaşlı azərbaycanlı Nail Salamov evinə girməyə çalışan iki nəfərə mane olmaq istəyərkən güllələnib.O, xəstəxanaya yerləşdirilsə də, həkimlər həyatını xilas edə bilməyib.

Gülnar Qafarlı

ABŞ-da öldürülən Nailin uşaqları üçün yardım kampaniyası başlandı - FOTO

ABŞ-da öldürülən Nailin uşaqları üçün yardım kampaniyası başladıldı - FOTO

ABŞ-da öldürülən Nailin uşaqları üçün yardım kampaniyası başladıldı - FOTO