ABŞ-ın Pensilvaniya ştatının Vayomissinq şəhərində Azərbaycan vətəndaşı öldürülüb.

Open.az "cbslocal.com"a istinadən xəbər verir ki, 37 yaşlı azərbaycanlı Nail Salamov evinə girməyə çalışan iki nəfərə mane olmaq istəyərkən güllələnib.

Atışma gecə saat 22:00 radələrində Birçvud küçəsində baş verib.

Polisdən verilən məlumata görə, atışma zamanı N.Salamov yataq otağında, onun 8 və 10 yaşlı uşaqları digər otaqda olublar. Onlar yaralanılmayıblar.

Azərbaycanlı xəstəxanaya yerləşdirilsə də, həkimlər həyatını xilas edə bilməyib.

Yerli polis N.Salamovun qəsdən öldürüldüyünü güman edir.

Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı


ABŞ-da evə girən cinayətkarlar azərbaycanlını güllələdi

ABŞ-da evə girən naməlum şəxslər azərbaycanlını güllələdi - VİDEO