Qazaxıstan vətəndaşı Məhəbbət Abduəliyeva ABŞ-da 15 adamı aldatmaqda ittiham edilir.

Open.az Bilgburo.kz saytına istinadən xəbər verir ki, Abduləliyevanın 20 ilədək həbs cəzası alacağı gözlənilir.

Onun qurbanları arasında Alyona adlı Azərbaycan vətəndaşı da olub. Belə ki, Alyona ötən ilin 5 may tarixində "Facebook"da mənzil kirayəsi elanına rast gəlib. O, elanın müəllifi olan Məhəbbət Abduləliyeva ilə əlaqə yaradıb və onunla görüş təyin edib.

"Bruklində bir otaqlı mənzil tapmaq 1,400 dollara başa gəlir. Evin qiyməti münasib olduğu və xoşuma gəldiyi üçün dərhal razılaşdım. Mən ona 300 dollar beh verdim. O, itimin də mənimlə mənzildə yaşamasına icazə verdi", - deyə zərərçəkmiş həmyerlimiz bildirib.

Lakin bir müddətdən sonra həmin mənzil üçün Qazaxıstandan gələn cütlüyün də depozit qoyduğu ortaya çıxıb. Azərbaycan vətəndaşı dərhal qadının onun aldatdığını başa düşüb və polisə şikayət edib.

Polis məmurları şübhəlini həbs edib. Məlum olub ki, o, Azərbaycan vətəndaşı ilə yanaşı 15 nəfəri aldadıb. Polis məmurunun "NBC NewYork" kanalına verdiyi məlumata görə, M.Abduləliyeva Bruklində dörd ünvana mənzillər axtaran vətəndaşlardan pul alıb.

Amerikalı hüquqşünas Arkady Bux M. onun ABŞ Cəza Qanununun 22-ci maddəsi ilə ittiham olunduğunu bildirib.

Gülnar Qafarlı

ABŞ-da azərbaycanlını aldadan Məhəbbətə 20 il həbs cəzası verilə bilər

ABŞ-da azərbaycanlını aldadan Məhəbbətə 20 il həbs cəzası verilə bilər

ABŞ-da azərbaycanlını aldadan Məhəbbətə 20 il həbs cəzası verilə bilər