Amerikanın Viskonsin ştatında Azərbaycan vətəndaşı Fuad Paşayev həyat yoldaşı 23 yaşlı ukraynalı Tatyana Qujvu amansızlıqla qətlə yetirib.

Open.az xəbər verir ki, bu barədə ANTİKOR portalı məlumat yayıb. Polis departamenti bildirib ki, Tatyana cümə axşamı Vaşinqton bulvarındakı evində ölü tapılıb.

Polis onu qətlə yetirən 31 yaşlı Fuad Paşayevi şübhəli qismində saxlayıb.

ABŞ-da azərbaycanlı Fuad xanımını qətlə yetirib

İlkin məlumata görə, hələ yanvar ayında Paşayevə qarşı məişət zorakılığına görə 11 bənd üzrə ittiham irəli sürülüb. O zaman da zərərçəkmiş Tatyana olub. Hazırda iş Kolumbiya dairə məhkəməsindədir.

Qeyd edək ki, Tatyana yanvarın 3-də polisə müraciət edib. O, əri Fuadın onu öldürməyə hazırlaşdığını bildirib. Tatyana həyat yoldaşının daim spirtli içki qəbul etdiyini və onu döydüyünü şikayət edib.

Gülnar Qafarlı

ABŞ-da azərbaycanlı Fuad xanımını qətlə yetirib