ABŞ-da avtomobilində dünyasını dəyişən azərbaycanlı gəncin nəşi Bakıya gətirilib.

Open.az-ın məlumatına görə, 1986-cı il təvəllüdlü Hüseynov Seymur Ayaz oğlunun nəşi ötən gün səhər saatlarında Bakıya gətirilib. Bu barədə ölən gəncin yaxınları bildiriblər. S.Hüseynov artıq torpağa tapşırılıb.

Xatırladaq ki, 1986-cı il təvəllüdlü Hüseynov Seymur Ayaz oğlu, yükdaşıma şirkətində çalışırdı. Şimali Karolina ştatı Vilminqton şəhərinin Nyu Hanover rayonunun polis departamenti tərəfindən istintaq əməliyyatları aparılır. Yerli hüquq-mühafizə orqanları tərəfindən verilən ilkin məlumata əsasən, hadisə avtomobildən çıxan işlənmiş qazların avtomobilin kabinasına sızması nəticəsində baş verib. Mərhum avtomobilinin arxa kabinasında yatdığı zaman boğulub.