Amerikanın Viskonsin ştatında arvadı 23 yaşlı ukraynalı Tatyana Qujvunu amansızlıqla qətlə yetirən Azərbaycan vətəndaşı Fuad Paşayev həbsdə intihar edib.

Open.az "wiscnews.com"a istinadən xəbər verir ki, bu barədə rəsmilər məlumat yayıb.

Bölgənin polis rəisinin sözlərinə görə, 31 yaşlı Paşayev mayın 6-da tək saxlanıldığı təcridxanada nəzarətçilər tərəfindən ölü tapılıb. Onun intihar etdiyi güman edilir.

Qeyd edək ki, hələ yanvar ayında Paşayevə qarşı məişət zorakılığına görə 11 bənd üzrə ittiham irəli sürülüb. O zaman da zərərçəkmiş Tatyana olub. Hazırda iş Kolumbiya dairə məhkəməsindədir.

Tatyana yanvarın 3-də polisə müraciət edib. O, əri Fuadın onu öldürməyə hazırlaşdığını bildirib. Tatyana həyat yoldaşının daim spirtli içki qəbul etdiyini və onu döydüyünü şikayət edib.

Gülnar Qafarlı

ABŞ-da arvadını qətlə yetirən azərbaycanlı intihar edib