Rusiyanın Sankt-Peterburq şəhərində dələduzluqda ittiham olunan Azərbaycan vətəndaşı saxlanılıb.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, azərbaycanlı yüklərin daşınmaları zamanı dələduzluqla məşğul olaraq 22 milyon rubl (təxminən 550 min AZN) mənimsəyib.

Cinayətkar qrupun tərkibində azərbaycanlı ilə yanaşı Dağıstan və Ukrayna vətəndaşları da yer alıb.

Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı