Təxminən 500 min rubl borcu olan Rusiya vətəndaşı Azərbaycana buraxılmayıb.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, yerli sakinin uzun müddətdir kommunal borclarını ödəmədiyi məlum olub.

Vətəndaş Bakıya gələn zaman aeroportda saxlanılıb. Ona müvəqqəti Rusiyanın hüdudlarını tərk edə bilməyəcəyi bildirilib.

Rusiya vətəndaşı borcunu ödəyib və ona qarşı qoyulan məhdudiyyətlər aradan qaldırılıb.

Gülnar Qafarlı