Türkiyənin Giresun şəhərinin Bulancak rayonunda yaşayan 5 aylıq hamilə qadın intihar edib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, Pazarsuyu kəndində ailəsiylə birlikdə yaşayan qadının Azərbaycan vətəndaşı olduğu bildirilib.

20 yaşlı qadının intihar etməsinin səbəbi hələlik məlum deyil.

O, evin yaxınlığında yerləşən tövlədə iplə özünü asaraq intihar edib. Gənc qadının cansız bədəni tövlə sahibləri tərəfindən tapılıb.

Hadisənin səbəbləri araşdırılır. Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı