Rusiyanın paytaxtı Moskvada Azərbaycan vətəndaşını gülllələyərək qətlə yetiriblər.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə bu gün gecə saatlarında baş verib.

Naməlum şəxslər Səmərqənd bulvarı küçəsi, məhəllə 1, ev 6 ünvanında 45 yaşlı azərbaycanlını "BMW X6" markalı avtomobildən odlu silahla güllələyiblər.

Hadisə yerinə polislər cəlb edilib. Hüquq-mühafizə orqanları hazırda qatillərin gizləndiyi avtomobili axtarır.

İlkin ehtimallara görə, bu hadisə dünən axşam saatlarında Moskvada baş vermiş çeçenlərlə azərbaycanlılar arasındakı insidentlə əlaqəlidir.

Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı