Ukraynanın Jitomirsk vilayətində naməlum şəxslər Azərbaycan vətəndaşını güllələyib.

Open.az “UNN”a istinadən xəbər verir ki, bu barədə vilayətin hüquq-mühafizə orqanları məlumat yayıb.

Fövqəladə hadisə “Kamennıy Brod” kəndindəki daş emalı zavodlarının birində baş verib. İki naməlum şəxs odlu silahla müəssisənin fəhləsini güllələyib.

1987-ci il təvəllüdlü Azərbaycan vətəndaşı aldığı güllıə yarasından yerindəcə həlak olub.

Cinayətin törədilməsindən sonra cinayətkarlar motosikletlə hadisə yerindən qaçaraq, gizləniblər.

Gülnar Qafarlı