Rusiyanın Leninqrad vilayətinin Otradnoye şəhərində 29 yaşlı şəxs 83 yaşlı qadına təcavüz edib.

Open.az "news-r.ru"ya istinadən xəbər verir ki, hadisə sentyabrın 8-i səhər tezdən baş verib.

Təcavüzkar yaşlı qadının evinə girib və ona güc tətbiq edərək, zorlayıb. O, təcavüzdən sonra gizlənib.

Bir müddət sonra hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarı taparaq, həbs ediblər.

Təcavüzkarın Əlibaba adlı Azərbaycan vətəndaşı olduğu ortaya çıxıb.

Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı