Rusiyanın Sankt-Peterburq şəhərində tələbəyə təcavüz edən Azərbaycan vətəndaşı saxlanılıb.
Open.az xəbər verir ki, bu barədə "Nevskiye Novosti" saytı məlumat yayıb.
Hadisə mayın 25-də yerli vaxtla saat 22:45-də baş verib. Həmyerlimiz Pavlov adına Birinci Sankt-Peterburq Tibb Universitetinin beşinci kurs tələbəsini zorlayıb.
Polislər 25 yaşlı azərbaycanlını iki gün sonra saxlayıb. Faktla bağlı istintaq başladılıb.
Gülnar Qafarlı