Rusiyanın Nijni Novqorod şəhərində törətdiyi yol qəzasında 2 nəfərin ölümünə səbəb olan Azərbaycan vətəndaşı barəsində hökm çıxarılıb.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə vilayətin məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

27 yaşlı azərbaycanlıya 5 il həbs cəzası verilib. O, həmçinin 3 il müddətinə nəqliyyat vasitələrinin idarə olunması hüququndan məhrum edilib.

Bundan başqa təqsirkardan zərərçəkmişlərə dəymiş mənəvi ziyan üçün 3,1 milyon rubl kompensasiya tələb edilib.

Xatırladaq ki, aprelin 1-də Mızınskom körpüsündə ölümcül yol qəzası baş verib. Belə ki, "BMW" markalı avtomobil qarşı hərəkət zolağına çıxıb və "Volvo" markalı maşınla toqquşub. Nəticədə "Volvo"nun 43 yaşlı sürücüsü və "BMW"nin 25 yaşlı sərnişini həlak olub. "BMW"nin sürücüsü və onun digər iki sərnişini isə ağır bədən xəsarətləri alıb.

Günah "BMW"ni idarə edən 27 yaşlı Azərbaycan vətəndaşında olub. Onun həmin vaxt narkotik maddələrin təsiri altında olduğu ortaya çıxıb.

Gülnar Qafarlı