Qazaxıstanın Kostanay şəhərində 16 yaşlı Azərbaycan vətəndaşı Şirinov Namiq faciəvi şəkildə dünyasını dəyişib.

Open.az xəbər verir ki, bu barədə "astanatv.kz" məlumat yayıb.

İyunun 28-də azərbaycanlının üzərinə futbol meydançasında darvaza aşıb. O, qaraciyərin yırtılması və güclü retroperitoneal hematoma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Həmyerlimiz keçirdiyi 5 əməliyyatdan sonra vəfat edib. Ş.Namiq dəfn olunmaq üçün Azərbaycana göndəriləcək.

Şəhərin icra hakimiyyəti cənazənin Bakıya gətirilməsi üçün bütün xərcləri öz üzərinə götürüb.

Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı


16 yaşlı azərbaycanlı faciəvi şəkildə öldü - Qazaxıstanda - VİDEO