Türkiyənin Trabzon şəhərinin Çaykara rayonunda 15 yaşlı Yunus Emre Kurt Azərbaycandan atasını ziyarətə gedən dostuna məxsus avtomobilə xəbərsiz minərək, sürüb.

Open.az "Haber7"yə istinadən xəbər verir ki, bir müddət sonra avtomobil nəzarətdən çıxaraq, dərəyə yuvarlanıb.

Qəzada Yunus Emre həlak olub, maşındakı qardaşı 11 yaşlı Hemze Kurt isə yaralanıb.

Hadisə yerinə polis və təcili tibbi yardım cəlb olunub.

Acı xəbəri alıb, hadisə yerinə gələn uşaqların ailəsi isə uzun müddət göz yaşı töküb.

Yunus Emre Kurtun cənazəsinin bu gün torpağa veriləcəyi öyrənilib.

Gülnar Qafarlı

İki qardaş Azərbaycan nömrəli avtomobillə uçuruma yuvarlandı - TÜRKİYƏDƏ