Zığ yolunda sürət həddi endirilib.

Bakı Nəqliyyat Agentliyindən Open.az-a verilən məlumata görə, Zığ dairəsi-Hava Limanı avtomagistrallarında zolaqlar üzrə sürət həddi dəyişdirilib. Dəyişikliyə əsasən, magistralda maksimal sürət həddi 110 km/saat müyyən edilib.

Sürücülərdən yollarda diqqətli olmalarını və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Qeyd edək ki, bu gündən Heydər Əliyev prospekti- (Böyük Şor Qovşağı ilə kəsişmədən başlayaraq) Mərdəkan-Zaqulba yolunda da sürət həddi endirilib.